Duration 5:57

DİQQƏT Mədə xorası sizi ölümə aparır

4 288 watched
0
66
Published 15 Feb 2019

-Rəsmi facebook səhifəmiz - https://www.facebook.com/drtaryelomerov/ https://www.facebook.com/ABMSA/ -Əlaqə nömrəsi - 055-790-01-09 070-790-01-09 Xəstəliyin yaranma səbəbləri. Mədə xorasına təxminən 100 min il bundan əvvəl rast gəlinib. Bundan 40 min il sonra xəstılik Afirka, Avropa və Yaxın Şərq ölkələrində geniş yayılıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə desək mədənin selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır. Həm də müntəzəm sürətdə ağır, quru yeməklər yemək (ət, yağlı yeməklər, yumurta, pendir, tünd ədviyyələr, qızardılmış yeməklər və s.) mədənin selikli qişasının tamlığını pozur. Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu, siqaret çəkmə, spirtli içkilərin qəbulu, artan yaş, qanın laxtalanma sistemində yaranan bəzi problemlər də buna səbəb olur. Xəstəliyin əlamətləri. Xəstəliyin əsas əlamətləri qarın nahiyəsində ağrılar, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarnın köpməsi, qəbizlik və ishaldır. Qıcqırma mədənin turş möhtəviyyatının qida borusuna keçməsi nəticəsində əmələ gələn yanğı hissidir. Qıcqırma adətən mədə şirəsinin turşuluğu çox olanda, eyni zamanda mədə şirəsinin tərkibində xlorid turşusu olmadıqda əmələ gələ bilir. Mədə xorasının əlaməti ilə əlaqədar olaraq qıcqırma gəyirmə ilə vəhdət təşkil edir. Yatağa uzanmış vəziyyətdə ağrının güclənməsi qida borusunda problem olduğunu göstərir. Bəzi qastroenteroloqlara görə, qıcqırma mədəyə və onikibarmaq bağırsağa ödün və mədəaltı vəzin tripsinlərinin keçməsi nəticəsində baş verir. Öd və tripsinlər güclü qələvi xassəli olduğundan mədə divarına dağıdıcı təsir göstərirlər. Ac qalan zaman ağrılar daha kəskin ola bilər, bu ağrılar insanı gecələr yuxudan oyada, yeməkdən 2 –3 saat sonra başlaya bilər. Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər. Son zamanlar çəkinin azalması, qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir, nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər. Xəstəliyin müayinəsi: Həkimə müraciət edən zaman ilk olaraq mədənin endoskopik müayinəsi təklif ediləcək. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir. Həkim mədənin rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər. Mədə xorasının ağırlaşması halları: Mədə xorası insanın özünün müalicə edəcəyi bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu insanda ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər insanda olarsa, həkimə müraciət etmək məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirb çıxara bilər. Mədə xorasının ağırlaşmalarının əlamətləri mədə qanaxması, mədənin perforasiyası, yəni deşilməsi, xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi, mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz), xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsidir.

Category

Show more

Comments - 20